RU

İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif edir

İsrailin radilak sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın paytaxtı Beyrutu bombalamağı və yer üzündən silməyi təklif edib.

“Yeni Sabah” xəbər verir ki, o, ölkəsinin Livanla sərhədinə gedib və orada bu bəyanatı səsləndirib.

O, xüsusi ilə Beyrutun güneyində yerləşən Dahiye yaşayış məntəqəsini tamamilə dağıtmağa çağırıb: “Buranı düm-düz etməliyik”. pizza

Nazir deyib ki, əvvəllər Livanla atəşkəsin tam əleyhinə olub, indi də əleyhinədir:

“Biz burada şimal sərhədində, Shtula qəsəbəsindəyik və çox aydın, çox açıq şəkildə deyirik ki, Dahiye yerlə-yeksan edilməlidir, Dahiye yerlə-yeksan edilməlidir! Əvvəlki atəşkəsin dayandırılmasına qarşı idim, bu gün də deyirəm ki, onu mütləq yerlə-yeksan etməliyik.

İsrailin Baş naziri Benyamin Netanyahu, səni sevirəm. ABŞ Prezidenti Donald Trump, sənə də hörmətim var. Amma Dahiye tamamilə yerlə-yeksan edilməlidir”.


Telegram kanalımız
Избранный
94
3
yenisabah.az

4Источники