RU

"Düzü, mən meydanda yalnız bir komanda gördüm" -PSJ-nin yarımmüdafiəçisi

Dünən Macarıstanın paytaxtı Budapeştdə baş turan final oyununda "Arsenal"ı üstələyərək (1:1, penaltilər - 4:3) ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olan PSJ-nin yarımmüdafiəçisi Joau Neveş matçın ardından rəqibdən çox üstün oynadıqlarını bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Düzü, mən meydanda yalnız bir komanda gördüm".

Həlledici qarşılaşmanı almaniyalı hakim Daniel Zibert idarə edib. Kay Haverts 6-cı dəqiqədə parislilərin qapısına yol tapıbsa, Usman Dembele hesabı 65-ci dəqiqədə penaltidən bərabərləşdirib.

Nihat

Избранный
30
fanat.az

1Источники