RU

Minifutbol millimiz AVRO 2026 da 1/8 final mərhələsinə çıxır

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan minifutbol millisi AVRO-2026-nın 1/8 final mərhələsində Qazaxıstan yığması ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oyun 1 iyunda, saat 23:59-da keçiriləcək.

Elşad Quliyevin komandası Slovakiyada keçirilən Avropa çempionatında F qrupunu maksimum nəticə ilə başa vurub. Millimiz üç oyunun hamısında qalib gələrək doqquz xalla qrup lideri olub. Qazaxıstan isə E qrupunu dörd xalla ikinci pillədə tamamlayıb.

Qrup mərhələsinin son turunda Azərbaycan Fransa yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Pley-off mərhələsinin digər cütləri arasında Bosniya və Herseqovina - Macarıstan, Bolqarıstan - Fransa, Polşa - Gürcüstan, Ukrayna - Portuqaliya, Rumıniya - Avstriya, Yunanıstan - Serbiya və Çexiya - Monteneqro qarşılaşmaları da yer alıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
icma.az

1Источники