RU

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Rayonlarda isə ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Избранный
73
49
afn.az

10Источники