
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.