RU

Ən çox hansı saatlarda taksi çağırılır? Cavab təəccübləndirəcək

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük şəhərlərdə gündən-günə artan nəqliyyat sıxlığı fonunda taksi xidmətlərinə maraq yüksəlir.Bizim.Media xəbər verir ki, insanların işə gedib-gəlməsi, hava şəraiti, istirahət günləri, şəhərdə maşın sürməyin çətinliyi və gecə həyatı taksi sifarişlərinin sayına birbaşa təsir göstərir.Bəs günün ən çox hansı saatlarında taksi çağırılır?Araşdırmalar göstərir ki, müəyyən vaxt aralıqlarında sifariş sayı kəskin artır və bu saatlar həm sərnişinlər, həm də sürücülər üçün xüsusi əhəmiyyət daşıyır.Azərbaycanda, xüsusilə Bakı və digər böyük şəhərlərdə pik saatlar əsasən bunlardır:Səhər: 07:00 – 10:00 İşə, məktəbə və universitetə gedənlərin sayı artır.Axşam: 17:00 – 20:00 İnsanlar işdən çıxır, tıxac artır və taksiyə tələbat yüksəlir.Maraqlıdır ki, gecə: 22:00 – 01:00 arası da sifarişlər çox olur. Bu, xüsusilə əyləncəni, gecə həyatını sevənlərin sifarişləri olur.Bundan başqa, həftəsonları restoran, toy, tədbir və əyləncə məkanlarından qayıdanda, yağışlı günlərdə də sifarişlər kəskin artır.Ən çox sifariş verilən günlər:Cümə axşamı (axşam saatlarında),Cümə,Şənbə gecəsi. Saat 22:00-dan 05:00-dək şəhər sakinləri və qonaqları taksidən aktiv istifadə edirlər.Araşdırmalarda qeyd edilir ki, taksi gecə şəhərdə səyahət etməyin ən populyar yolu olaraq qalır.Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
19
bizim.media

10Источники