Çempionlar Liqasına hazırlaşan “Sabah” heyətlə bağlı növbəti addımlarını atdı. Masazır təmsilçisi komandadan ayrıldığı iddia edilən Coy-Lens Mikelslə 2, Stas Pokatilovla 1 illik müqavilə imzaladı.
Xatırlayırsızsa, “bayquşlar”ın Mikelsə ikiqat maaş təklif etdiyini, hücumçunun həmin məbləğə “yox” deyə bilməyəcəyini yazmışdıq. Bu yöndə proqnozumuz özünü doğrultdu. Qazaxıstan yığmasının qapıçısı olan Pokatilov da Çempionlar Liqasında çıxış etmək imkanını əldən vermək istəmədi.
Bununla belə, “Sabah” müqavilə müddəti bitən İqor Noqeyra və Velko Simiçlə yeni anlaşmaya nail olmalıdı. Pavol Şafrankodan sonra Cesse Sekidika və Andrey Souzanın da yola salınacağı gözlənilir. Öz aramızdı, hər iki futbolçuya artıq heyətdə yer yoxdu!
Qalan legionerlərə gəlincə, Timoteuş Puxaç və Umarali Raxmonaliyevin də yeni mövsümdə heyətdə olacağı bəllidi. “Sabah” onlarla bağlı məsələləri hələ başa çatan “futbol ili” ərzində qaydasına salıb. Stiv Solvet, Akim Zedadka, İvan Lepinitsa, Zinədin Uld Xaled, Kahim Parris və Aaron Maludanın isə klubla müqavilələrinin müddəti hələ davam edir.
Kəsəsi, “Sabah” yeni mövsümə böyük ölçüdə hazırdı. O başqa məsələ ki, yeni transferlər olacaq. Hər halda, söhbət Çempionlar Liqasında iştirakdan gedir və gedənlər varsa, gələnlər də olmalıdı!
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта