Mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb.
Bizim.Media xəbər verir ki, Rumıniya Milli Müdafiə Nazirliyi hadisənin Rusiya dronu ilə bağlı olduğunu açıqlayıb.
Nazirliyin bəyanatında bildirilib ki, Rusiya mayın 28-dən 29-na keçən gecə Ukraynanın Rumıniya ilə çay sərhədinə yaxın yerləşən mülki və infrastruktur obyektlərinə yenidən dron hücumları həyata keçirib. Qeyd olunub ki, həmin pilotsuz uçuş aparatlarından biri Rumıniyanın hava məkanına daxil olub, radar vasitəsilə Qalaç şəhərinin cənub hissəsinə qədər izlənilib və yaşayış binasının damına çırpılıb.
Hadisə nəticəsində binada yanğın baş verib.
Rumıniya mətbuatının məlumatına görə, bina sakinləri gecə saatlarında uçan dronun səsinə oyanıblar. Ardınca güclü partlayış səsi eşidilib və 10-cu mərtəbədə yerləşən mənzildə yanğın başlayıb. Dronun dəydiyi mənzilə ciddi ziyan dəyib.
Rumıniyanın fövqəladə xidmət orqanları hadisə nəticəsində iki nəfərin xəsarət aldığını açıqlayıb. Onlara yerində tibbi yardım göstərilib. Qalaç vilayətinin təcili tibbi yardım xidmətinin rəhbəri Daniela Ençunun sözlərinə görə, bir qadın birinci dərəcəli yanıq xəsarəti alıb, 14 yaşlı yeniyetmə isə kəskin stress reaksiyası keçirib. Hazırda hər iki şəxsə tibbi yardım davam etdirilir.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Binadan 70 nəfər təxliyə edilib.
Yanğının tam söndürüldüyü bildirilir. Yerli hakimiyyət orqanları sakinlər üçün müvəqqəti yerləşdirmə məntəqələri hazırlasa da, hələlik heç kəs həmin məntəqələrə müraciət etməyib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə baş verən vaxt Rusiya Odessa vilayətinə kütləvi dron hücumu həyata keçirib. Qalaç şəhəri Odessa vilayətinə yaxın ərazidə yerləşir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта