RU

Qətər əmiri Trampı Fars körfəzi böhranının diplomatik həllinə çağırıb

BAKI, 29 may. TELEQRAF

Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Fars körfəzi bölgəsində yaranmış böhranın siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, Qətər əmiri aparatının yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki son hadisələri, eləcə də regionda gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq səyləri müzakirə ediblər.

Şeyx Təmim bin Həməd Al Tani bildirib ki, regional təhlükəsizliyin gücləndirilməsi üçün bütün tərəflər arasında dialoqa və siyasi həll yollarına üstünlük verilməlidir.

Donald Tramp isə öz növbəsində Dohanın Pakistanın vasitəçilik təşəbbüslərinə dəstəyini və danışıqlar iştirakçıları arasında əlaqələrin qurulmasındakı rolunu yüksək qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl “Axios” portalı ABŞ və İran nümayəndələrinin 60 günlük atəşkəsi və İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin başlanmasını nəzərdə tutan memorandum layihəsi üzərində razılığa gəldiyini yazmışdı. Nəşrin məlumatına görə, sənəd Donald Trampın yekun təsdiqini gözləyir.

Lakin sonradan İranın “Tasnim” agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən memorandum mətninin hələ tam razılaşdırılmadığını və təsdiqlənmədiyini bildirib.

Избранный
19
7
teleqraf.com

8Источники