RU

Paşinyan: Lukaşenkonun AİB-dən Ermənistana qarşı istifadə etməsinə imkan verməyəcəm

BAKI, 27 may. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın kimə lazım olduğunu açıqlayanda, bu açıqlamanın siyasi nəticələri olmalı idi. Siyasi nəticə belədir: Ermənistan bundan sonra heç vaxt alternativsiz qalmayacaq.

Teleqraf xəbər verir ki, bunu Kotayk vilayətinin Abovyan şəhərində keçirilən mitinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Ümidlərimizi tək yola, tək müttəfiqə, tək boru kəmərinə bağlamayacağıq. Qərbdən şərqə dəmir yolumuz var, Axalkalaki-Qars dəmir yolu daha əvvəl açılıb və ondan əvvəl də Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb. TRIPP tezliklə açılacaq, ərazimizdən qaz kəməri keçəcək, həmin tranzit sayəsində öz qazımız olacaq. Həmin tranzit üçün bizə qaz veriləcək. Alternativ enerjini inkişaf etdirəcəyik. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu və Avropa standartlarına uyğun islahatları davam etdirdiyi müddətcə biz də bu yolu tutacağıq. Seçim etmək vaxtı gələndə Ermənistan xalqı da bu seçimi edəcək. Ən böyük nailiyyətim odur ki, xalqın alternativi var və heç kim "Ermənistan kimə lazımdır?" deyə bilməz" - Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini açıqlayan və heç kimin Ermənistana ehtiyacı olmadığını bildirən Belarus Prezidenti Aleksandr Lukaşenko indi də Ermənistanın Avropa Birliyinə getdiyini deyir: "2018-ci ildən əvvəl olduğu kimi, Ermənistanı məhdudlaşdırmaq üçün agentini burada aktivləşdirib. Bunu birbaşa deyəcəyəm. Ermənistan AİB-dən çıxmayacaq.Birliyin iki idarəetmə orqanının üzvü olan yeganə məmuram. Lukaşenkonun AİB-dən Ermənistana qarşı istifadə edə bilməməsi üçün bu rıçaqlardan istifadə edəcəyəm. Bütün deyilənlər boşdur. Bu cür açıqlamalar verənlər AİB-nin məzarını qazdıqlarını başa düşmürlər".

Избранный
77
2
teleqraf.com

3Источники