RU

Ağdaşda bayramda kabab bişirən ana oğul yandı

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

Lent.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərinin Nizami küçəsində qeydə alınıb.

Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

Hadisə zamanı 70 yaşlı Ədalət Yunis qızı Əliyeva və 48 yaşlı oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
65
lent.az

1Источники