RU

KL: Finaldan öncə fanatlar arasında kütləvi qarşıdurma yaşandı

UEFA Konfrans Liqasının finalından əvvəl "Kristal Pelas" və "Rayo Valyekano"nun fanatları arasında kütləvi insident qeydə alınıb.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, qarşldurma həlledici matçın keçiriləcəyi Leyptsiq (Almaniya) şəhərində yerləşən restoranlardan birində yaşanıb.

Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar ataraq hücuma keçiblər. Hadisə yerinə gələn polisin müdaxiləsindən sonra kütlə sakitləşdirilib, onlarla fanat saxlanılıb.

"Red Bull Arena"da baş turacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Toğrul

Избранный
22
1
fanat.az

2Источники