RU

Kılıçdaroğlundan Özgür Özelin çağırışına CAVAB

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının sədri Özgür Özelin qurultay çağırışına cavab verib.

Globalinfo.az-ın apa-ya istinadən xəbərinə görə, Kılıçdaroğlu bu gün jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin qurultayını keçirəcəklər.

“Biz qurultayı keçirəcəyik, qurultaysız partiya ola bilərmi? Bu, hüquqi çərçivədə edilməlidir”, – o qeyd edib.

CHP sədrinin sözlərinə görə, partiya ilə bağlı son qərar üzrə tədbirlər aradan qaldırıldıqdan sonra qurultay baş tutacaq.

Kamal Kılıçdaroğlu Özgür Özellə görüşmədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Избранный
3
9
editor.az

10Источники