RU

Ukraynanın Aİ yə üzvlüyü ilə bağlı birbaşa danışıqlara bu tarixdə başlamaq istəyirlər

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Avropa İttifaqı Ukraynanın quruma üzvlüyü ilə bağlı birbaşa danışıqlara Avropa Şurasının 18–19 iyunda keçiriləcək sammitinədək başlamaq niyyətindədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Aİ rəsmisinə istinadən “Euractiv” yayıb.

Bildirilib ki, hazırda çox şey Macarıstanın yeni hökumətinin mövqeyindən asılıdır. Belə ki, əvvəlki baş nazir Viktor Orbanın dövründə Budapeşt Ukraynanın üzvlüyü ilə bağlı birbaşa danışıqların başlanmasına veto qoyurdu.

Qeyd edək ki, mayın 21-də Almaniya kansleri Fridrix Merts Ukraynaya Aİ üzvlüyünə keçid mərhələsi kimi xüsusi status verilməsini təklif edib. Almaniya hökumətinin başçısı hesab edir ki, “assosiativ üzv” statusu ukraynalı rəsmilərə Avropa İttifaqının sammitlərində və nazirlərin görüşlərində iştirak etmək imkanı verəcək, lakin onlara səsvermə hüququ tanımayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
2
qafqazinfo.az

3Источники