RU

Azərbaycanın 2030-cu il üçün hədəfi BƏLLİ OLDU

Ajans.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində səsləndirib.

“Paralel olaraq, bu dövr üçün biz ciddi şəkildə üzərində işləyəcəyik ki, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə azalda bilək. Biz artıq 2026-cı ilin nəticələrinə toxunduq, mən növbəti dövr üzrə rəqəmləri demək istəyirəm. Dövlət büdcəsində neftin payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq. 2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər enir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq”, - deyə nazir əlavə edib.

Избранный
4
8
Ajans.az

10Источники