RU

ABŞ millisinin DÇ üçün heyəti açıqlandı - Siyahıda Nərimanın komanda yoldaşı da var

Amerika Birləşmiş Ştatları (ABŞ) millisinin ev sahibi qismində qatılacağı dünya çempionatı üçün heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, argentinalı məşqçi Maurisio Poçettino güvənəcəyi 26 oyunçudan ibarət yekun siyahını təsdiqləyib.

Heyətdə Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ilə birgə MLS-də "Kolambus Kryu"da komanda yoldaşı olan Maks Arfsten də yer alıb. 

Qapıçılar: Kris Bredi (Çikaqo Fayr), Mett Friz (Nyu-York Siti), Mett Terner (Nyu İnqlend Revolyuşn).

Müdafiəçilər: Maks Arfsten (Kolambus Kryu), Serjinyo Dest (PSV, Niderland), Aleks Frimen (Vilyarreal, İspaniya), Mark Makkenzi (Tuluza, Fransa), Tim Rim (Şarlotta), Kris Riçards (Kristal Palas, İngiltərə), Entoni Robinson (Fulhem, İngiltərə), Maylz Robinson (Çinçinnati), Co Skalli (Borussiya Münhenqladbax, Almaniya), Ostin Trasti (Seltik, Şotlandiya).

Yarımmüdafiəçilər: Tayler Adams (Bornmut, İngiltərə), Sebastyan Berhalter (Vankuver Uaytkeps), Ueston Makkenni (Yuventus, İtaliya), Cio Reyna (Borussiya Münhenqladbax, Almaniya), Kristian Roldan (Sietl Saunders), Malik Tillman (Bayer Leverkuzen, Almaniya).

Hücumçular: Brenden Aaronson (Lids, İngiltərə), Folarin Baloqun (Monako, Fransa), Rikardo Pepi (PSV, Niderland), Kristian Pulişiç (Milan, İtaliya), Tim Vea (Marsel, Fransa), Haci Rayt (Koventri, İngiltərə), Alexandro Sendexas (Klub Amerika, Meksika). 

ABŞ qrup mərhələsində Paraqvay, Avstraliya və Türkiyə ilə oynayacaq.

Избранный
7
2
fanat.az

3Источники