Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşir.
Fanat.Az xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları qarşılaşacaqlar.
Həlledici görüş Almaniyada keçiriləcək. Tərəflər Leypsiq şəhərindəki "Red Bull Arena"da münasibətlərinə aydınlıq gətirəcəklər. Bakı vaxtilə saat 23:00-da start götürəcək oyunu italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq. Konfrans Liqasının son qalibi İngiltərənin "Çelsi" klubu olub.
UEFA Konfransa Liqası
Final
27 may
23:00. "Kristal Pelas" (İngiltərə) - "Rayo Valyekano" (İspaniya)
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Leypsiq. "Red Bull Arena"