RU

Ceyhun Bayramov BMT Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antonio Quterreş ilə görüşüb.

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, görüş Nyu-Yorkda, BMT-nin qərargah binasında baş tutub.

Görüş zamanı Azərbaycan-BMT əməkdaşlığı və ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlıq gündəliyi müzakirə olunub.

Həmçinin Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) uğurlu sədrliyi çərçivəsində əldə olunan nailiyyətlər və şəhərsalma gündəliyi üzrə təşəbbüslər diqqətə çatdırılıb.

Vüsalə Abbasova

Избранный
59
ucnoqta.az

1Источники