RU

102 milyonluq soyğunun filmi çəkiləcək

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Luvr Muzeyindən oğurlanan 102 milyon dollar dəyərində zinət əşyaları ilə bağlı hadisə film və sənədli seriala çevrilir.

“Qafqazinfo” xəbər verir ki, fransız rejissor Romen Qavras 2025-ci ilin oktyabrında baş verən məşhur soyğunçuluqdan bəhs edən “Main basse sur le Louvre” kitabı əsasında film çəkəcək.

“Flammarion” nəşriyyatının açıqlamasına əsasən, ekranlaşdırma hüquqları “Iconoclast” prodüser şirkəti tərəfindən satın alınıb. Sənədli serial layihəsinin hüquqları isə britaniyalı prodüserlərə verilib.

Qeyd edək ki, hadisə ötən il Fransada və dünyada geniş rezonans doğurmuşdu. Soyğundan sonra Luvr Muzeyində təhlükəsizlik tədbirləri gücləndirilmiş, muzeyin direktoru Lorans de Kar vəzifəsindən uzaqlaşdırılmışdı.

Araşdırmalara baxmayaraq, Napoleonun ikinci həyat yoldaşı Mari-Luizaya hədiyyə etdiyi zümrüd və brilyant boyunbağı da daxil olmaqla, səkkiz qiymətli zinət əşyası hələ də tapılmayıb. Oğurlanan əşyaların ümumi dəyərinin təxminən 102 milyon dollar olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
qafqazinfo.az

1Источники