RU

Cəlilabadda QƏZA: Yaralılar var

Ajans.az xəbər verir ki, qəza rayonun Xətai küçəsi ilə A. Azərtürk küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, Masallı sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən kiçik tutumlu “Ford” yük maşınının qarşısına çıxıb. Nəqliyyat vasitələrinin toqquşmasından sonra “06” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb. Qəza zamanı avtomobildə olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (unikal)

Избранный
59
5
Ajans.az

6Источники