Demokrat.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.
"Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.
Biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, neft və yaxud qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik", - deyə o qeyd edib.
Demokrat.az
4Источники