RU

AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir - EKSKLÜZİV

Uzun müddətdir Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı müzakirələr davam edir.Xitab24.az bununla bağlı eksklüziv məlumat əldə edib. Məlumata görə, AFFA-da PFL-in gələcəyi ilə bağlı iclas keçirilib və iki əsas məsələ müzakirə olunub. İlk müzakirə olunan məsələ PFL-in tamamilə ləğvi ilə bağlıdır. Bu qurumun ləğvi gerçəkləşəcəyi halda AFFA-nın tərkibində Yarışların Təşkili Departamentinin yaradılması gözdən keçirilir. Digər müzakirə olunan məsələ isə PFL-də prezident dəyişikliyi ilə bağlıdır. Belə ki, AFFA PFL-in prezidenti vəzifəsinə Hakimlər Departamentinin sədri Bəhruz Teymurovun gətirilməsini istəyir.  Yəni, AFFA PFL qarşısında şərt qoyub -  ya qurum ləğv olunsun, ya prezident dəyişikliyi həyata keçirilsin.

Yekun qərarın yeni mövsümün əvvəlinə qədər verilcəyi gözlənilir.

Избранный
51
1
buta.tv

2Источники