Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələrinin böyük bir hissəsinə alıcılıq marağı əvvəlki illərlə müqayisədə daha zəifdir:
“Artıq Azərbaycan alıcısı avtomobil seçimində daha diqqətli davranır və təkcə müəyyən bir ölkədən gətirilən nəqliyyat vasitələrinə üstünlük verilmir. Vətəndaşlar əsasən yeni, iqtisadi cəhətdən sərfəli, yanacağa qənaət edən və gələcək perspektivdə daha əlverişli hesab olunan avtomobillərə maraq göstərirlər. Bu gün alıcılar üçün əsas meyar yalnız avtomobilin qiyməti deyil. Eyni zamanda onun keyfiyyəti, texniki göstəriciləri, rentabelliyi, saxlanma xərcləri və ölkə daxilində istifadəyə uyğunluğu da mühüm rol oynayır. İnsanlar elə nəqliyyat vasitəsinə üstünlük verməyə çalışırlar ki, həm gündəlik istifadədə rahat olsun, həm də gələcəkdə texniki və maliyyə baxımından əlavə problem yaratmasın”.
O deyib ki, bu baxımdan avtomobil bazarında rəqabətlilik daha çox müasir və iqtisadi cəhətdən sərfəli modellər üzərində formalaşır:
“Digər tərəfdən, ölkə ərazisində, xüsusilə paytaxt Bakıda avtomobil bazarındakı ümumi tendensiyaya baxdıqda görünür ki, daha çox yeni və müasir avtomobillərin idxalına üstünlük verilir. Lakin müəyyən dövrdə tətbiq olunan dövlət güzəştlərinin bir qisminin ləğv edilməsi bazara da təsirsiz ötüşmədi. Bu dəyişikliklər nəticəsində avtomobil idxalında müəyyən azalmalar və gözləmə mövqeyi yarandı. Bəzi proseslərdə ləngimə müşahidə olundu. Buna baxmayaraq, düşünürəm ki, bu vəziyyət müvəqqətidir və qarşıdakı illərdə bazar yenidən aktivləşəcək. Növbəti mərhələlərdə həm alıcı marağının, həm də avtomobil idxalının daha balanslı şəkildə formalaşacağı gözlənilir”.
Leyla Turan
Demokrat.az
10Источники
-
baki-xeber.comBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29042836)
-
qaziler.azBakıda klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29042065)
-
sia.azBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29041828)
-
hafta.azBakıda klassik və sürət avtomobillərinin festivalı olacaq ( 29041135)
-
poliqon.infoBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29040625)
-
ikisahil.azBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29040325)
-
day.azBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək ( 29039167)
-
cebheinfo.azBulvarda klassik və sürət avtomobillərinin festivalı keçiriləcək ( 29039053)
-
bakivaxti.azBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29039038)
-
azertag.azBakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq ( 29038612)