RU

Postundan ayrılan baş məşqçi ona "ilişənlər"ə hansı reaksiyanı verdi? - VİDEO

"Kəpəz"də Azər Bağırov dönəmi baş çatdı.

Təcrübəli mütəxəssis ikinci dəfə qayıtdığı klubda uğurlu olmağı bacardı.

Məhz onun gəlişindən sonra vacib xallar toplayan bölgə klubu Premyer Liqada qalmaq hədəfinə çatdı.

Lakin çalışdırıcı xidmətlərinə rəğmən azarkeşlərin qəzəbindən qaça bilmədi.

Onun Gəncə təmsilçisini tərk etməsi fanatları narazı salıb.

Əbəs deyil ki, Neftçi"yə qarşı son matçın gedişində dəfələrlə onun ünvanına atmacalar atıldı.

Hətta yeni klubu "Şamaxı" ilə bağlı "Şamaxı" səni gözləyir" çağırışı da edildi.

Bəzən gəncəlilər tərəfindən xoşagəlməz şuarlar da səsləndirildi.

Bağırov isə bunların heç birinə məhəl qoymadı.

Final fitindən sonra bütün kollektiv azarkeşlərlə sağollaşmağa getdisə, baş məşqçi birbaşa paltardəyişmə otağının yolunu tutdu:

Избранный
15
sportinfo.az

1Источники