RU

Doqquz ölkə Ukraynaya sursat tədarükü üçün koalisiyadan çıxıb -FT

Praqanın rəhbərlik etdiyi və Ukraynanın iri çaplı sursat ehtiyacının yarısını qarşılayan hərbi təşəbbüs maliyyə böhranı ilə üz-üzədir.

Babişin qayıdışı və yarıya enən koalisiya

Çexiyanın Ukrayna üçün xaricdən döyüş sursatı satın alaraq Kiyevə ötürməsini nəzərdə tutan genişmiqyaslı proqramında ciddi rəqəm azalması müşahidə olunur. Ötən il layihəni 18 ölkə maliyyələşdirdiyi halda, hazırda bu rəqəm 9-a enib. Bu barədə "Financial Times" (FT) nəşrinə müsahibəsində Çexiya Prezidenti Petr Pavel məlumat verib.

Bu kəskin azalma ötən ilin dekabrında Andrey Babişin yenidən Çexiyanın Baş naziri postuna qayıtmasından sonraya təsadüf edir. Seçki kampaniyası dövründə çexiyalı vergi ödəyicilərinin Ukraynanın silahlanması üçün pul ödəməyəcəyinə söz verən Babiş, hakimiyyətə gəldikdən sonra bu vədini yerinə yetirməyə başlayıb.

"Bunu başqa heç nə ilə əvəz etmək mümkün deyil"

Prezident Petr Pavel layihənin gələcəyi ilə bağlı narahatlığını gizlətməyib:

"Təşəbbüs hələ də qüvvədədir, lakin yeni çətinlik ondan ibarətdir ki, artıq yalnız 9 üzv dövlət maliyyə töhfəsi verir. Halbuki bu proqram ukraynalıların ehtiyac duyduğu iri çaplı sursatların 50%-ə qədərini təmin edirdi. Bu mənada onu asanlıqla başqa bir layihə ilə əvəz etmək mümkün deyil".

Nəşr xatırladır ki, Praqa 2024-cü ildən bəri Kiyevin tükənən ehtiyatlarını bərpa etmək məqsədilə Ukraynaya 4 milyondan çox iri çaplı artilleriya mərmisinin çatdırılmasını təşkil edib. Pavelin sözlərinə görə, bu təşəbbüsün gələcək taleyi iyul ayında Ankarada keçiriləcək NATO sammitinin əsas müzakirə mövzularından biri olacaq.

Müttəfiqlərin etirazı və daxili iqtisadi arqumentlər

Избранный
13
aznews.az

1Источники