RU

Kiprin ən köklü klublarından biri Mahiri istəyir

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Millimizin futbolçusu Mahir Emreli "Kayzerslautern"dən ayrıla bilər. Sport24.az Kipr mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını bu ölkədə davam etdirə bilər.

APOEL futbolçumuzun xidmətində maraqlıdır. Bir neçə ölkədən təklif alan təcrübəli forvarda ən çox maraq göstərən məhz kiprlilərdir. APOEL rəhbərliyi Mahirin hücum xəttində komandaya fayda verəcəyinə inanır.

Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümdə "Kayzerslautern"in heyətində keçirdiyi 13 oyunda 2 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
sport24.az

1Источники