RU

Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi həyata keçirilib. » AzadMedia.az

Könüllü

Könüllülük fəaliyyətinin inkişafına və gənc liderlərin formalaşdırılmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən hazırlanmış “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramının açılış mərasimi baş tutub.

Bakı Konqres Mərkəzində keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış və salamlama nitqi ilə çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev proqramın əsas məqsədləri, könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti və könüllü gənclərin liderlik bacarıqlarının inkişafındakı rolu barədə danışıb.

Tədbir çərçivəsində proqramın təqdimat videoçarxı nümayiş etdirilib.

Rəsmi çıxışlar zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov və Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov proqramın könüllü gənclərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu kimi təşəbbüslərin könüllülərin liderlik bacarıqlarının formalaşdırılması, ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərində uğurlu karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda eyni zamanda könüllülük fəaliyyətinin cəmiyyətin inkişafına verdiyi töhfə və könüllülərin gənclər siyasətindəki aktiv iştirakının önəmi qeyd olunub.

Daha sonra “KLİK iştirakçılarının proqramla bağlı təəssüratları” adlı videoçarx təqdim olunub.

Tədbir çərçivəsində proqram iştirakçıları Təranə Şahbazova və Elşən Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.












Избранный
2
9
azadmedia.az

10Источники