ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ və İsrail İslam Respublikasına bir daha hücum etsə, İran yeni hərbi taktikalara əl atacaq.
“AzPolitika” xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəz Şəkarçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə deyib.
"Biz zəifləməmişik. Əksinə, daha da güclənmişik. Ölkəmizdə raket və dron istehsalı müharibə zamanı dayanmayıb və düşmən onların yerləşdirildiyi obyektləri heç vaxt aşkar edə bilməyəcək. Biz əhəmiyyətli döyüş təcrübəsi qazandıq və digər taktiki həllərdən istifadə edəcəyik", - deyə Şəkarçi bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənin bütün hərəkətlərini izləyir və artıq cavab zərbələri üçün potensial hədəfləri müəyyən edib.
O, İranın yeni hücuma cavabının əvvəlkindən "daha güclü və sərt" olacağına əmin edib və xəbərdarlıq edib ki, hərbi əməliyyatlar yenidən şiddətlənərsə, savaş "regionun sərhədlərindən kənara çıxacaq”.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.