RU

AZPROMO WAIPA-nın Mərkəzi Asiya üzrə regional direktoru seçilib

İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) İdarəetmə Komitəsinin onlayn iclasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) Mərkəzi Asiya üzrə regional direktor statusu növbəti dəfə təsdiqlənib.

"Report" bu barədə AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, iclasda qarşıdan gələn regional tədbirlər və fəaliyyət istiqamətləri müzakirə olunub, WAIPA-nın assosiasiyadan hökumətlərarası təşkilata mümkün gələcək transformasiyası məsələsi nəzərdən keçirilib.

İclas çərçivəsində həmçinin İdarəetmə Komitəsində boş qalan regional yerlərə təqdim edilmiş müraciətlər nəzərdən keçirilib və nəticədə AZPROMO-nun İdarəetmə Komitəsində Mərkəzi Asiya üzrə regional direktor statusu növbəti dəfə təsdiqlənib.

Xatırladaq ki, AZPROMO-nun 2010-cu ildən üzv olduğu WAIPA-nın 100-dən artıq ölkədən olan 140-dan çox üzv agentlikləri var. Assosiasiyanın başlıca məqsədləri investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Избранный
3
1
far.az

2Источники