Əsas məsələ aşağı seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının dünyasını dəyişən şəxslərin adlarını qısa müddətdə siyahılardan çıxarmasıdır.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib.
“Azərbaycan seçkilərdə vətəndaşların hüquqlarının təmin olunmasına xüsusi önəm verən ölkələrdən biridir. Dünyada ideal seçici siyahısının mövcud olması mümkün deyil. Dünyasını dəyişən şəxslər və ya baş verən digər hadisələr səbəbindən siyahılarda dəyişikliklər baş verə bilər. Bu, dinamik prosesdir. Əsas məsələ aşağı seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının dünyasını dəyişən şəxslərin adlarını qısa müddətdə siyahılardan çıxarmasıdır”, – deyə MSK sədri vurğulayıb.