RU

Bu, yalan danışmır -  Premyer Liqada mövsümün 3 ən yaxşı siması kimdir?

Azərbaycan Misli Premier Liqasında 2025/2026 mövsümü inanılmaz bir sonluqla geridə qaldı!

"Sabah"ın çempionluğu ilə başa çatan bu gərgin marafon, həm də fərdi performansların pik həddə çatdığı bir mövsüm kimi yadda qaldı.

Dünyanın nüfuzlu statistika və analiz platforması Sofascore-un rəsmi analitik göstəricilərinə əsasən, mövsümün ən yaxşı futbolçularının yekun siyahısı və fərdi reytinqləri müəyyənləşib.

Mövsüm boyu tökülən alın təri, fədakarlıq və böyük stabillik ortaya maraqlı bir mənzərə çıxarıb.

Çempionatın yekununda hamını qabaqlayaraq 7.61 ortalama balla mövsümün ən yaxşı futbolçusu adını "Kəpəz" PFK-nın qapıçısı Yusif İmanov qazandı.

Bu uğur birdən-birə, yaxud sadəcə bir neçə uğurlu oyun sayəsində baş vermədi. Bu, həftələrlə davam edən gərgin əməyin və ardıcıl yüksək performansın bəhrəsidir.

Belə ki, gənc qolkiper mövsüm ərzində Sofascore platformasının versiyasına görə tam 5 dəfə "Həftənin ən yaxşı qapıçısı" adına layiq görülüb.

Bundan əlavə, o, çətin günlər keçirən Gəncə təmsilçisində düz 6 dəfə "Kəpəz"in mövsümdəki ən yaxşı oyunçusu" seçilərək komandasını çiyinlərində daşıdığını rəqəmlərlə də sübut edib.

Krizisdən 10 Tam Balla zirvəyə: "Kəpəz"i Elitada saxlayan əllər

Futbolda enişlər və yoxuşlar qaçılmazdır. Misli Premier Liqasının bu mövsümü Yusif İmanov üçün sadəcə bir futbol oli deyil, əsl xarakter və iradə imtahanı oldu.

Çox çətin, psixoloji təzyiqlərlə dolu bir dönəmdən keçən gənc qolkiper, mövsümün gedişində inanılmaz bir mental güc nümayiş etdirərək özünü tamamilə toplamağı bacardı.

"Kəpəz" üçün hər xalın qızıl dəyərində olduğu, liqada qalmaq mübarizəsinin gərgin keçdiyi bir vaxtda Yusif komandanın can qurtaranına çevrildi.

Xüsusilə kritik rəqiblərlə keçirilən, gərginliyin pik həddə çatdığı xüsusi statuslu oyunlarda Yusif təkbaşına möcüzələr yaratdı.

Sofascore reytinqlərinə nəzər saldıqda, mövsümün ən yaxşı fərdi qapıçı performanslarının başında yenə Yusif gəlir. O, "Kəpəz"in 1-0 hesablı qələbəsi ilə başa çatan dramatik qarşılaşmada qapısında devləşərək platformadan 10 tam bal almağı bacarıb!

Futbol dünyasında hər 3000 performansdan yalnız birinə verilən bu nadir qiymətləndirmə, Yusifin həmin oyun xüsusində etdiyi seyvlərin hansı səviyyədə olduğunun göstəricisidir.

Bununla da yetinməyən İmanov, digər matçlarda da 8.8 və 8.4 kimi yüksək ballarla mövsümün ən yaxşı top-10 qapıçı performansı siyahısına adını bir neçə dəfə yazdırıb.

Etdiyi seyvlər, cərimə meydançasına hakimlik keyfiyyəti və müdafiə xəttini idarəetmə bacarığı "Kəpəz"in elitada qalmasında birbaşa həlledici rol oynadı.

Bu performans sadəcə komandasını xilas etmədi, həm də gənc qapıçının sarsılmış karyerasını tam mənada bərpa etdi.

Kürsünün digər pillələri: Mahmudov və Mikels təqibdə

1. Yusif İmanov (“Kəpəz”):

Yusif İmanov zirvəni fəth etsə də, mövsüm boyu onunla amansız rəqabət aparan iki böyük ad da “Sofascore”un ilk “üçlüy”ündə qərarlaşdı. Misli Premier Liqasının 25/26 mövsümü "Sabah"ın tarixi çempionluğu ilə yadda qalsa da, fərdi planda bu mövsümün qəhrəmanı, addım-addım zirvəyə dırmaşan Yusif İmanov oldu. Karyerasını yenidən inşa edən, çətinliklərə sinə gərərək həm həftənin, həm komandasının, həm də bütövlükdə çempionatın ən yaxşısına çevrilən gənc qapıçı, rəqəmsal analizin və futbol ictimaiyyətinin yekdil rəyinə görə mövsümün ən parlaq ulduzudur!

2. Emin Mahmudov ("Neftçi") - 7.56 bal: "Neftçi"nin kapitanı və pleymeykeri bu mövsüm də komandasının beyni rolunu oynadı. Orta sahədəki liderliyi, standart vəziyyətlərdəki effektivliyi və vurduğu kritik qollarla Emin, 7.56 ballıq performans nümayiş etdirərək siyahının ikinci pilləsində yer aldı.

3. Joy Lens Mikels ("Sabah") - 7.48 bal: Mövsümün çempionu "Sabah"ın hücum xəttindəki ən təhlükəli “silah”ı olan Mikels komandasının qızıl medallara uzanmasında böyük pay sahibi oldu. Sürəti, cinah reydləri və həlledici assistləri ilə mövsümü 7.48 balla qapadan vinger, çempionluğun ən əsas memarlarından biri kimi ilk üçlüyü tamamladı.

SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники