RU

Sabah ın futbolçusu DÇ 2026 üçün geniş heyətdə

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə

Özbəkistan Futbol Assosiasiyası 2026-cı il dünya çempionatı üçün millinin geniş heyətini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya 30 futbolçu daxil edilib. Baş məşqçi Fabio Kannavaro iyunun 1-dək bu siyahıdan 4 oyunçunun adını çıxaracaq.

Heyətdə son Azərbaycan çempionu “Sabah”ın futbolçusu Umarali Rahmonəliyev də yer alıb. 22 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə uğurlu oyunu ilə fərqlənib. O, "Sabah"ın heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini edib.

Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
qol.az

2Источники