RU

Tramp “imzalayacaqsınız” dedi - Siyahıda Türkiyə də var

ABŞ Prezidenti Donald Tramp yeni ticarət siyasəti çərçivəsində bir sıra ölkələrə qarşı əlavə gömrük rüsumları tətbiq olunacağını açıqlayıb. O bildirib ki, ABŞ ilə yeni ticarət razılaşmaları imzalamayan ölkələr daha sərt iqtisadi tədbirlərlə üzləşəcək. Siyahıda Türkiyənin də yer aldığı qeyd olunub.

Musavat.com xəbər verir ki, Vaşinqton administrasiyası bir çox ölkəyə yeni “qarşılıqlı tarif” siyasəti tətbiq etməyə hazırlaşır. Tramp “imzalayacaqsınız” ifadəsi ilə ölkələrə açıq mesaj verərək ABŞ-ın şərtlərini qəbul etməyən dövlətlərə əlavə vergi və məhdudiyyətlər tətbiq ediləcəyini bildirib.

Açıqlanan sənədlərə əsasən, Türkiyə üçün tətbiq olunacaq yeni tarif dərəcəsinin 15 faiz olacağı bildirilib. Daha əvvəl 10 faiz səviyyəsində olan rüsumun artırılması xüsusilə tekstil, avtomobil ehtiyat hissələri və polad sektorlarına təsir göstərə bilər.

Türkiyə rəsmiləri isə ölkənin ABŞ üçün “riskli ticarət tərəfdaşı” hesab edilmədiyini və tətbiq olunan dərəcənin digər bəzi ölkələrlə müqayisədə daha aşağı saxlanıldığını vurğulayıblar.

ABŞ administrasiyası bu addımın məqsədinin ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və xarici ticarət balansını düzəltmək olduğunu açıqlayıb. Yeni tariflərin avqust ayından qüvvəyə minməsi planlaşdırılır.

Mütəxəssislər hesab edir ki, Trampın sərt ticarət siyasəti xüsusilə ixrac yönümlü ölkələr üçün ciddi iqtisadi təsirlər yarada bilər. Bununla yanaşı, bəzi analitiklər Türkiyənin Çin və digər yüksək tarif tətbiq olunan ölkələrlə müqayisədə müəyyən üstünlük əldə edə biləcəyini düşünür.

Musavat.com 

Избранный
7
1
musavat.com

2Источники