⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli "Lizinq" adlansa da o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində istifadə edilib. Beləliklə, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaqdır. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Onu da qeyd etmək lazımdır ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.