Lent az saytına istinadən ain.az xəbər verir.
Heç fikir vermisinizmi ki, daim narazı olan biri ilə söhbətdən sonra sanki enerjiniz tükənir və heç kimi görmək istəmirsiniz? Şikayət etmək bir növ virus kimidir — havadan yoluxur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər daim şikayət etmə vərdişinin beynin neyron əlaqələrini dəyişdirdiyi qənaətinə gəliblər.
Şikayətlər stress hormonlarının ifrazını artırır və problem həllinə cavabdeh olan beyin sahələrini zəiflədir. Qısası, nə qədər çox şikayət etsəniz, bir o qədər düşünmə qabiliyyətiniz zəifləyir. Bu, zarafat deyil.
Bəs bir ayın sonunda nə dəyişdəcək? Ruminasiya - yəni eyni mənfi düşüncələri dönə-dönə fikirləşmək - azalacaq. Nə qədər az şikayət edilirsə, mənfi emosiyalardan bir o qədər tez qurtulmaq mümkün olur.
Eksperimentdə iştirak edənlər etiraf ediblər ki, artıq özlərini zəif hiss etmirlər və həyatlarına daha çox nəzarət edirlər.
Beyni 31 günə necə yenidən proqramlaşdırmaq olar?
Mütəxəssislərdən məsləhət: şikayətləri “vacib” və “mənasız” olaraq ayırın. Məsələn, siyasətə görə narazı olmaq normaldır - bu prinsip məsələsidir. Amma südü tökdüyünüzə görə gün boyu gileylənmək mənasızdır. Beyin bu fərqi anladıqda, hər xırda şeyə reaksiya verməyi dayandırır.
Soyuqdur deyə şikayət etməyin - sviter geyinin.
Pulunuz azdır deyə gileylənməyin - əlavə qazanc yolu tapın.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.