RU

ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı dörd hərbçisi həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

SEPAH-dan isə bildirilib ki, İranın hava məkanına daxil olan ABŞ-nin “MQ9” PUA-sı Fars körfəzində vurulub. Eləcə də, “RQ4” dronu və “F35” qırıcı təyyarəsi atəşə tutularaq İranın ərazi sularını tərk etməyə məcbur edilib.

“Fars” agentliyinin məlumatına görə isə, bundan əvvəl İran ordusundan ABŞ-nin yeni hücumunun cavab tədbirlərinə səbəb olacağı barədə xəbərdarlıq edilib.

ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Fox News” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb.

“ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi”, – deyə o əlavə edib.

Qeyd olunub ki, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə cəhd göstərib.

Избранный
28
editor.az

1Источники