RU

Xameneidən ABŞ-yə XƏBƏRDARLIQ

İranın ali lideri Müctəba Xamenei bəyan edib ki, ABŞ artıq Yaxın Şərq ölkələrindən regiondakı hərbi bazaları üçün "qalxan" kimi istifadə edə bilməyəcək.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton artıq bölgədə öz qüvvələri üçün heç bir təhlükəsiz yer tapa bilməyəcək.

"Bir şey dəqiqdir - zamanın əqrəbləri geriyə doğru hərəkət etməyəcək, region xalqları və ölkələri isə artıq Amerika bazaları üçün qalxan rolunu oynamayacaq. ABŞ-nin bölgədə öz intriqaları və hərbi bazaları üçün təhlükəsiz yerinin qalmamasından əlavə, onlar öz mövqelərini də hər ötən gün daha çox itirirlər", – deyə Xameneinin yazılı müraciətində bildirilir.

Xamenei, həmçinin regional problemlərin birgə həllinin zəruriliyini vurğulayaraq, müsəlman ölkələrini "dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə" çağırıb.

Musavat.com

Избранный
17
musavat.com

1Источники