RU

DÇ-yə gedəcək futbolçu qarət edildi, pasportu oğurlandı

Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Səud Əbdülhəmid pasportunun oğurlanması səbəbindən dünya çempionatı öncəsi yığmanın hazırlıq düşərgəsinə vaxtında qatıla bilməyib.

Publika.az xəbər verir ki, bu barədə ölkə futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu ailəsi ilə birlikdə toy mərasimində iştirak etmək üçün getdiyi Amsterdamda şəxsi avtomobilinin qarət olunması ilə üzləşib. Hadisə nəticəsində onun şəxsi əşyaları, o cümlədən pasportu oğurlanıb. Bu səbəbdən Əbdülhəmid planlaşdırıldığı kimi həmin gün Ər-Riyada yola düşə bilməyib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Səudiyyə Ərəbistanı H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay milliləri ilə qarşılaşacaq.

Избранный
12
publika.az

1Источники