RU

Əfsanəvi musiqiçi Sonni Rollinz VƏFAT ETDİ

Əfsanəvi saksafonçu Sonni Rollinz 95 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə dünya mediası məlumat yayıb.

Caz musiqisinin əfsanəsi, dahi saksafonçu Sonni Rollinz Nyu-Yorkdakı evində 95 yaşında dünyasını dəyişib.

Rollinz musiqi dünyasına böyük töhfələr verib. O, 1981-ci ildə “The Rolling Stones” qrupunun məşhur “Waiting on a Friend” hiti üçün unudulmaz solo ifa edib.

1966-cı ildə “Alfi” (“Alfie”) filmi üçün yazdığı musiqiyə görə “Oskar” mükafatına namizəd göstərilən sənətçi, karyerası ərzində üç dəfə “Qremmi” mükafatına layiq görülüb.

O, 2000-ci ildə “Ən yaxşı caz albomu” və 2005-ci ildə “Ən yaxşı instrumental caz solosu” nominasiyalarında bu nüfuzlu mükafatı qazanıb.

Ömrünün son illərində ağciyər fibrozu xəstəliyindən əziyyət çəkən sənətçi səhhəti ilə bağlı 2012-ci ildə sonuncu dəfə səhnəyə çıxıb, 2014-cü ildən isə tamamilə fəaliyyətini dayandırmışdı.

Sonni Rollinzin vəfatı dünya musiqi ictimaiyyəti üçün böyük itki hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
interpress.az

1Источники