“Mançester Yunayted” yarımmüdafiəçisi Bruno Fernandes klubla yeni müqavilə imzalamağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu portuqaliyalı futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlayıb. “Mançester Yunayted” rəhbərliyi ötən mövsüm göstərdiyi uğurlu performansa görə Fernandeşi yeni müqavilə ilə mükafatlandırmaq niyyətindədir.
Bruno Fernandeş başa çatan mövsümdə Premyer Liqanın ən məhsuldar assistenti olub. O, 35 oyunda 9 qol vurub, 21 məhsuldar ötürmə edib.
Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulan futbolçu ilə daha əvvəl Səudiyyə Ərəbistanı və Avropanın bir sıra klublarının maraqlandığı bildirilirdi.