RU

Bakı Tbilisi sərnişin qatarıının marşrutunun gələcəkdə Batumi yə qədər uzadılması vacibdir Nəqliyyat ekspert

525.az saytına istinadən ain.az xəbər verir.

"Bakı–Tbilisi sərnişin qatarıının marşrutunun gələcəkdə Batumi-yə qədər uzadılması vacibdir. Bu, sərnişinlərə həm Qara dəniz sahillərinə, həm də Türkiyə sərhədinə daha rahat çıxış imkanı yaradar. Eyni zamanda Xəzər və Qara dəniz arasında yeni turistik və logistika bağlantısı formalaşa bilər. Azərbaycan və Gürcüstan arasında ortaq turizm paketləri və kombinə edilmiş marşrutların yaradılması böyük potensiala malikdir. Bakı–Tbilisi–Batumi xətti regionun ən maraqlı multimodal turizm məhsullarından birinə çevrilə bilər".

Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspert vurğulayıb ki, aviasiya ilə müqayisədə daha aşağı qiymətli, daha çox baqaj daşımağa imkan verən alternativ qatar formatına ehtiyac var. Xüsusilə tələbələr, ailələr və uzunmüddətli səyahət edənlər üçün bu mühüm üstünlükdür: 

"Mövcud tələbatı nəzərə alaraq xətt üçün lizinq yolu ilə işlənmiş, amma keyfiyyətli sərnişin vaqon və ya qatarlarının alınması keçid dövrü üçün real həll ola bilər. Bu yanaşma investisiya yükünü azaldaraq reys sayını artırmağa imkan verər. Biletlərin hazırkı kimi yalnız 30 gün əvvəl deyil, ən azı 90–120 gün əvvəl satışa çıxarılması vacibdir. Bu, həm turistlərin səfərlərini əvvəlcədən planlamasına, həm də marşrutun beynəlxalq platformalarda daha rəqabətli görünməsinə şərait yaradar. Uzunmüddətli perspektivdə gecə qatarı formatının inkişafı da maraqlı ola bilər. Bu halda sərnişin həm otel xərclərinə qənaət edir, həm də vaxt itirmədən səhər birbaşa şəhər mərkəzinə çatır. Ən vacib məsələlərdən biri isə sərhəd və gömrük prosedurlarının maksimum sadələşdirilməsidir. Qatarın rəqabət qabiliyyəti yalnız sürətdən deyil, ümumi səyahət təcrübəsindən asılı olacaq".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
525.az

1Источники