RU

Netanyahu hücumların gücləndirilməsi əmrini verib: İsrail ordusu Livana yeni zərbələr endirib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri Livan ərazisində “Hizbullah” hədəflərinə qarşı yeni silsilə hücumlara başladığını elan edib.

Bizimyol.info xəbər verir ki, ordunun yaydığı məlumata görə, zərbələr ölkənin şərqində yerləşən Bəkaa vadisindəki silahlı qruplaşma mövqelərinə, eləcə də digər bölgələrə endirilib.

Livanın cənubunda, xüsusilə Sur şəhəri üzərində İsrail aviazərbələrindən sonra qalın tüstü buludlarının yüksəldiyi bildirilib.

İsrail ordusunun əməliyyatları Baş nazir Benyamin Netanyahunun videomüraciətindən sonra intensivləşib. Netanyahu bildirib ki, İsrail “Hizbullah”la müharibə aparır və hücumların miqyasının əhəmiyyətli dərəcədə artırılması barədə göstəriş verib.

Onun sözlərinə görə, hazırkı əməliyyat zamanı artıq 600-dən çox “terrorçu” məhv edilib. Bununla belə, İsrail rəhbərliyi ordudan təzyiqin daha da artırılmasını tələb edib.

Nazirlər Bezalel Smotriç və İtamar Ben-Qvir isə hərbi kampaniyanın daha da genişləndirilməsinə, o cümlədən Beyruta zərbələrin endirilməsinə çağırıblar.

İsrail hökuməti daha əvvəl tərəflər arasında 45 günlük atəşkəsin uzadılması barədə razılıq əldə olunsa da, hərbi əməliyyatların tam dayandırılmasına qarşı çıxıb.

Öz növbəsində Hizbullah raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə 22 hücum həyata keçirdiyini açıqlayıb. Qruplaşma bildirib ki, hədəflər İsrail hərbçiləri, tanklar, kazarmalar və Livanın cənubu ilə İsrailin şimalındakı möhkəmləndirilmiş obyektlər olub.

“Hizbullah” bu hücumları İsrail ordusunun atəşkəsi pozmasına cavab kimi qiymətləndirib.

Məlumata görə, yaxın vaxtlarda Livan və İsrail nümayəndələri Vaşinqtonda danışıqlar aparacaqlar. Livan tərəfi həmin görüşdə İsrail qoşunlarının tam şəkildə ölkə ərazisindən çıxarılmasını tələb etməyi planlaşdırır.

Rəsmi Beyrut eyni zamanda “Hizbullah”ın tərksilah edilməsinə çalışdıqlarını bildirsə də, bunun üçün davamlı atəşkəs rejiminin vacib olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники