RU

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 26 may, AZƏRTAC

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində.

Избранный
11
49
azertag.az

10Источники