RU

Şəkinin dağ çaylarında suyun səviyyəsi 3 dəfə artıb

Son günlər havaların qeyri-sabit keçməsi və güclü leysan yağışlarının yağması nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.

Publika.az xəbər verir ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, sel suları ötən gün də bir sıra fəsadlara səbəb olub. Ucqar Cunud kəndini rayon mərkəzi və digər qonşu yaşayış məntəqələri ilə birləşdirən yolun üzərindəki su ötürücü sel suları nəticəsində yenə də dağılıb. Ötən gecədən kəndin mərkəzlə əlaqəsi kəsildiyindən rayon yol-istismar idarəsinin müvafiq maşın və texnikaları səhərin erkən saatlarında əraziyə cəlb olunub, yolun bərpası istiqamətində iş aparılıb. Sakinlər il ərzində bir neçə dəfə belə problemlə qarşılaşdıqlarını, hadisənin təkrar yaşanmaması üçün müvafiq təşkilatlardan yeni körpünün inşasını xahiş edirlər.

Yağan güclü leysan yağışlarından sonra Baş Şabalıd yaşayış məntəqəsinə gedən yolun üzərindəki körpünü də sel dağıdaraq yararsız hala salıb. Kənd bələdiyyəsinin sədri Məharət Məmmədov bildirir ki, Quruçay üzərindəki bu ötürücü körpü də üç gün əvvəl bərpa olunmuşdu. Lakin axşamdan yağan güclü leysan onu növbəti dəfə yararsız vəziyyətə salıb. Müvafiq təşkilatlar dərhal hadisə yerinə cəlb olunub, həm sel sularının axını nəzarətə götürülüb, həm də sakinlərin keçidi istiqamətində iş aparılıb.

Избранный
4
5
publika.az

6Источники