RU

Rusiya XİN ABŞ-ni Kiyevdən diplomatik heyətin təxliyəsinə çağırıb

Lavrov Marko Rubio ilə telefon danışığında “Kiyevin mərkəzinə sistemli zərbələr” barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, Sergey Lavrov Marko Rubio ilə telefon danışığı apararaq Rusiya tərəfindən Kiyevdəki Ukrayna Silahlı Qüvvələrinə məxsus obyektlərə və “qərar qəbuletmə mərkəzlərinə” qarşı “sistemli zərbələrə” başlanacağı barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirilir ki, Lavrov bu addımları Ukrayna tərəfinin Rusiya ərazisində mülki obyektlərə və dinc əhaliyə qarşı həyata keçirdiyi “terror hücumlarına cavab” kimi təqdim edib. O, həmçinin ABŞ tərəfini Kiyevdə yerləşən diplomatik heyətini və digər vətəndaşlarını təxliyə etməyə çağırıb.

Məlumatda qeyd olunur ki, Rusiya XİN rəhbəri Avropa ölkələrinin və Ukrayna hakimiyyətinin “təcavüzkar addımlarının” daha əvvəl əldə olunduğu iddia edilən “Ankoric razılaşmalarını” pozduğunu bildirib.

Telefon danışığı zamanı tərəflər həmçinin İran, Kuba və ABŞ–Rusiya diplomatik münasibətlərinin gələcək vəziyyəti kimi mövzuları da müzakirə ediblər.

Rəsmi Vaşinqton tərəfindən bu danışığın detalları və səsləndirilən iddialarla bağlı hələlik geniş açıqlama verilməyib.

Poliqon.info

Избранный
64
poliqon.info

1Источники