Pandemiyadan sonra ilk dəfə Bakı–Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır.
Manset.az xəbər verir ki, ilk reys bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.
Qatarın səhər saatlarında Tbilisiyə çatması nəzərdə tutulur.
İlk reysin sərnişinlərindən biri də elə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanovdur.
Cavid Qurbanov Manset.az-ın suallarını cavablandıraraq, “Stadler” qatarları barədə fikirlərini bölüşüb.
Həmin görüntüləri təqdim edirik: