RU

​“Qalatasaray” və “Fənərbaxça” onu istəyir -

Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları yay transfer mövsümündə heyətini yeni futbolçularla gücləndirmək istəyir. Metbuat.az xəbər verir ki, əzəli rəqiblər bu dəfə “Milan”ın ulduzuna görə “toqquşub”. Türkiyə mediasının yazdığına görə, hər iki İstanbul klubu “Milan”ın futbolçusu Straxinya Pavloviçin xidmətində maraqlıdır. Qeyd edək ki, 2001-ci il təvəllüdlü serbiyalı mərkəz müdafiəçisi İtaliya klubuna 2024-cü ilin yayında Avstriyanın "Zalsburq" komandasından 18 milyon avro qarşılığında transfer edilib. Onun “Milan”la müqaviləsi 2028-ci ilə qədərdir.

Serbiya milli komandasının da üzvü olan müdafiəçi ilə “Qalatasaray” və “Fənərbaxça” ilə yanaşı, “Çelsi” və “Mançester Yunayted” komandaları da maraqlanır.

Избранный
21
metbuat.az

1Источники