RU

Avropa liqalarında çempionluğa həsrət qalan klublar

Köklü tarixlərinə baxmayaraq, Avropanın aparıcı futbol liqalarında bir çox klub 10 ildən çoxdur ki, çempionluq qazana bilməyib.

Ölkə.az xəbər verir ki, “Arsenal” İngiltərə Premyer Liqasında 22 illik çempionluq qıtlığına son qoysa da, Avropa liqalarında bir çox böyük klub hələ də 10 ildən çoxdur ki, çempionluq qazana bilməyib.

“Mançester Yunayted” / İngiltərə Premyer Liqası
“Mançester Yunayted” “Liverpul” ilə birlikdə, ən çox Premyer Liqa tituluna (hər biri 20) sahib olan klubdur, lakin onların son liqa qələbəsi Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra 2012-2013 mövsümündə baş tutub.

“Mançester Yunayted” 13 ildir ki, Premyer Liqa titulundan məhrumdur.

“Fənərbaxça” / Türkiyə Super Liqası

“Fənərbaxça” Super Liqa çempionluq kubokunu sonuncu dəfə 2013-2014 mövsümündə qazanıb.

İstanbul klubu son 12 mövsümdə çempionluğu qazanmayıb.

“Lion” və “Marsel” / Fransa Liqa 1

2000-ci illərin əvvəllərində Fransa Liqa 1-də dominantlıq edən və ardıcıl 7 dəfə çempionluq qazanan "Olimpik Lion" sonuncu dəfə liqanı 2007-2008 mövsümündə qazanıb.

PSJ komandasının son dövrlərdəki dominantlığı səbəbindən “Lion”un çempionluq həsrəti 18 ilə çatıb.

Fransanın ən qədim klublarından biri olan "Olimpik Marsel" sonuncu dəfə 2009-2010 mövsümündə Didye Deşamın rəhbərliyi altında Liqa 1-i qazanıb.

"Olimpik Marsel" 16 mövsümdür ki, Liqa 1 titulunu qazana bilməyib.

Dortmund “Borussiya”, “Verder” Bremen və “Stuttgart” / Almaniya Bundesliqa

“Borussiya" sonuncu dəfə Bundesliqa titulunu 2011-2012 mövsümündə Yurgen Kloppun rəhbərliyi altında qazanıb.

Son illərdə Bundesliqa “Bavariya”nın dominantlığı altındadır və Dortmund təmsilçisi 14 ildir ki, kuboksuz qalıb.

“Verder” də 2003-2004 mövsümündən bəri Bundesliqa titulunu qazana bilməyib.

"Ştutqart" sonuncu dəfə liqa titulunu 2006-2007 mövsümündə qazanıb.

“Roma” və “Latsio” / İtaliya A Seriyası

İtaliyanın A Seriyasında “Roma”, Françesko Tottinin liderliyi altında qələbə qazandığı 2000-2001 mövsümündən bəri liqa titulunu qazana bilməyib. “Roma” 25 ildir ki, A Seriyası çempionluğuna həsrət qalıb.

Digər tərəfdən, “Latsio” sonuncu dəfə liqa titulunu minilliyin əvvəlində, 1999-2000 mövsümündə qazanıb və 26 mövsümdür çempion olmayıb.

Son illərdə “Roma” və “Latsio” Seriya A titulunu qazana bilməsələr də, “İnter”, “Yuventus”, “Milan” və “Napoli” çempionluq qələbələrini qeyd ediblər.

“Valensiya” / İspaniya La Liqası

“Valensiya”, “Real”, “Barselona” və “Atletiko”dan başqa İspaniya La Liqası titulunu qazanan azsaylı komandalardan biridir. Onların son çempionluğu Rafael Benitesin rəhbərliyi altında 2003-2004 mövsümündə baş tutub.

“Valensiya” 22 mövsümdür ki, La Liqa tituluna həsrətdir.(lent.az)

Избранный
28
2
olke.az

3Источники