RU

Ermənistanda bir partiya seçkidə iştirakdan geriÇƏKİLDİ

Ermənistanın "Alyans" Partiyası iyunun 7-də keçiriləcək parlament seçkisində iştirakdan imtina edərək namizədliyini geri götürüb.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) təsdiqləyib və yaxın günlərdə məsələ ilə bağlı iclas keçiriləcəyi bildirilib.

Daha əvvəl MSK partiya lideri Tiqran Urihanyanın namizədliyini ölkədə daimi yaşayış tələbinə uyğun gəlmədiyi üçün qeydə almamışdı.

Qanunvericiliyə əsasən, deputatlığa namizəd son dörd ildə ölkədə daimi yaşayan Ermənistan vətəndaşı olmalıdır.

Ermənistanda parlament seçkisində ümumilikdə 16 partiya və iki blok iştirak edəcək. Onlar arasında "Vətəndaş Müqaviləsi", "Ermənistan", "Güclü Ermənistan", "İşıqlanmış Ermənistan" və digər siyasi qüvvələr yer alır.

 

Избранный
43
4
redaktor.az

5Источники