RU

Ağ Evin ətrafındakı atışmanı Prezidentə sui qəsd adlandırdılar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Ədliyyə Nazirliyi ötən həftəsonu Ağ Ev yaxınlığında baş verən atışmanı ölkə lideri Donald Trampa qarşı yeni sui-qəsd cəhdi adlandırıb.

“Qafqazinfo” “ABC News” telekanalına istinadən xəbər verir ki, nazirliyin məhkəməyə təqdim etdiyi rəsmi sənəddə hücum edən şəxsin birbaşa prezidentin, onun ailəsinin və əməkdaşlarının həyatına qəsd etdiyi vurğulanıb.

“ABC News” qeyd edir ki, Baş prokurorun müavini Stenli Vudvord tərəfindən imzalanan sənədin böyük hissəsi Trampın sosial şəbəkələrdəki postlarının üslubunda hazırlanıb. Belə ki, sənəddə yeni rəsmi tədbirlər zalının tikintisinə qoyulan məhkəmə qadağası iddiaları ölkə üçün “tam rəzalət” adlandırılıb.

Sənəddə həmçinin Ağ Evin gələcək təhlükəsizlik sistemləri ilə bağlı gizli detallar üzə çıxıb. Bildirilir ki, inşası planlaşdırılan yeni rəsmi qəbul zalı hücumlar zamanı sığınacaq rolunu oynamalıdır. Belə bir qoruyucu zonaya ehtiyac həm ötən şənbə günü baş verən atışma, həm də aprelin 25-də oxşar insident zamanı yaranıb. Xatırladaq ki, apreldə şübhəli şəxs Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyinə zorla daxil olmağa cəhd göstərmişdi.

Ədliyyə Nazirliyi vurğulayıb ki, yeni qapalı obyekt olmazsa, irimiqyaslı tədbirlər Ağ Evin Cənub çəmənliyində, gülləyə qarşı heç bir qorunması olmayan çadırlarda keçirilməyə məcburdur. Tikilməsi nəzərdə tutulan yeni binanın divarları isə hətta irikalibrli “AK-47” (Kalaşnikov) avtomatının gülləsini saxlamaq gücündədir. Hökumətin Ağ Ev kompleksinin mühafizə elementlərini ictimaiyyətə açıqlaması nadir hal olsa da, nazirlik tikintiyə qoyulan təhlükəli məhkəmə qadağasını ləğv etmək üçün bu detalları bölüşmək məcburiyyətində qaldığını bəyan edib.

Xatırladaq ki, hadisə mayın 23-ü axşam saatlarında Ağ Evin nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında qeydə alınıb. “Associated Press” agentliyinin federal rəsmilərə istinadən yaydığı məlumata görə, naməlum şəxs yoxlama məntəqəsinə yaxınlaşaraq Məxfi Xidmət (Secret Service) əməkdaşlarına atəş açıb. Cavab atəşi ilə hücum edənin qarşısı alınıb və o, zərərsizləşdirilib. Həmin anlar canlı yayım kameralarına da saniyə-saniyə əks olunub.

Atışma zamanı prezident Donald Trampın Ağ Evdə olduğu, lakin xəsarət almadığı bildirilir. İnsidentdən dərhal sonra Ağ Ev qısa müddətə giriş-çıxışa bağlanıb, daxildəki jurnalistlərə isə sığınacaqlara keçmək əmri verilib.

“Fox News” və “NBC News” telekanallarının hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, atəş açan şəxsin şəxsiyyəti artıq dəqiqləşdirilib. Bu, Merilend ştatından olan 21 yaşlı Nasir Bestdir. Məlum olub ki, gənc daha əvvəl də polisin diqqət mərkəzinə düşüb və psixi pozuntudan əziyyət çəkir.

Faktla bağlı FTB (FBI) tərəfindən genişmiqyaslı təhqiqat başladılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
5
qafqazinfo.az

6Источники